09:27 25-02-2016
news_image
1768
TOP OYUNLARI

Çempionlar Liqası: Beşi məlum, biri naməlum

Qadın voleybolçular arasında Çempionlar Liqasında 1/3 final mərhələsinin 5 iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Dördlər finalı”na gedən yolda hələlik 3 ölkənin klubları mübarizəni davam etdirmək hüququna yiyələniblər.

 

Belə ki, səfərdə də qələbə qazanan “Vakıfbank”, “Fənərbaxça” (hər ikisi Türkiyə), Moskva və Kazan “Dinamo”ları (Rusiya) cavab görüşünü də qələbə ilə başa vurub. Pyaçentsa (İtaliya) isə ilk matçda 3:2 hesabı ilə uduzsa da, cavab oyununda 3:1 hesabı ilə qalib gəlib.

 

1/3 final mərhələsinin son iştirakçısı bu gün – “Volero” (İsveçrə) – “Lokomotiv” (Azərbaycan) matçından sonra bilinəcək. İlk qarşılaşmada Bakı klubu 3:2 hesabı ilə rəqibini məğlub edib.

 

 

1/6 final

“Vakıfbank” (Türkiyə) – “Əczaçıbaşı” (Türkiyə) – 3:0 (25:21; 25:18; 25:21)

İlk oyun: 3:2

 

“Fənərbaxça” (Türkiyə) – “Ximik” (Polşa) – 3:0 (25:21; 25:16; 25:14)

İlk oyun: 3:0

 

“Dinamo” (Moskva, Rusiya) – “Dresdner” (Almaniya) – 3:0 (25:17; 25:13; 25:21)

İlk oyun: 3:1

 

“Dinamo” (Kazan, Rusiya) – “Uraloçka” (Rusiya) – 3:1 (23:25; 25:16; 25:21; 25:22)

İlk oyun: 3:1

 

“Pyaçentsa” (İtaliya) – “Atom” (Polşa) – 3:1 (25:23; 16:25; 25:21; 25:20)

İlk oyun: 2:3

 

1/3 final

8-10 və 22-24 mart

“Vakıfbank” (Türkiyə) - “Volero” (İsveçrə) / “Lokomotiv” (Azərbaycan) cütünün qalibi

Fənərbaxça” (Türkiyə) – “Dinamo” (Moskva, Rusiya)

“Dinamo” (Kazan, Rusiya) – “Pyaçentsa” (İtaliya)

 

Qeyd edək ki, “Dördlər finalı” aprelin 9-10-da İtaliyanın Montiçiari şəhərində keçiriləcək. Həlledici mərhələyə ev sahibliyi edəcək “Kasalmaqqiore” yarımfinalda rəqibini gözləyir.