00:52 26-02-2016
news_image
4355
TOP OYUNLARI

“Lokomotiv” Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB

Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “altılığ”a gedən yolda son matç İsveçrənin “Volero” və Azərbaycanın “Lokomotiv” klubları arasında baş tutub.

 

“Dəmiryolçular” Bakıda təşkil olunan qarşılaşmada tay-brekdə qələbə qazandıqlarından səfərə cüzi üstünlüklə yollanmışdılar. Ancaq mərhələ adlamaq üçün minimum iki setdə qalib gəlmək lazım idi. 

 

Lakin “Volero”nu doğma divarlar arasında məğlub etmək mümkün olmayıb. Qarşılaşmanın ilk seti təmislçimizin üstünlüyü ilə yekunlaşıb. 16:21 hesabı ilə geridə olan komandamız ardıcıl 9 xallıq seriya əldə edərək, hissəni 25:21 hesabı ilə öndə bitirib.

 

Sonrakı setlərdə rəqibinə qarşı ciddi müqavimət göstərə bilməyən "Lokomotiv" qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə bitirərək, turnirlə vidalaşmalı olub.

 

Qeyd edək ki, cütün qalibi “Dördlər finalı”na vəsiqə üçün Türkiyənin “Vakıfbank” klubu ilə üz-üzə gələcək. Bu komanda İstanbulun digər təmsilçisi “Əczaçıbaşı”nı mübarizədən kənarlaşdırıb.

 

25 fevral

“Volero” (İsveçrə) – “Lokomotiv” (Azərbaycan) - 3:1 (21:25, 25:18, 25:14. 25:19)

Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Nurper Özbar (Türkiyə)

Sürix, “Saalsporthalle”

İlk oyun: “Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)