10:41 26-02-2016
news_image
1491
TOP OYUNLARI

“Lokomotiv”in məşqçisindən etiraf: Bunu etməyə borclu idik

“Məğlubiyyət həmişə məyusedicidi. Ancaq nəzərə almaq lazımdı ki, “Volero” bu il nəhənglərdən biridi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lokomotiv”in baş məşqçisi Karlo Parisi deyib.

 

İtaliyalı mütəxəssis komandasının Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmasının səbəblərini açıqlayıb.

 

O bildirib ki, iki oyunun nəticəsinə əsasən, “Volero”ya uduzsalar da, yetirmərləri ilə fəxr edir: “Daha yaxşı oyun göstərməyə borclu idik. Yalnız bu yolla rəqibi dayandıra bilərdik. Fikrimcə, daha artığını etmək və aqressiv oyun sərgiləmək mümkün idi. İstənilən halda, komandamdan razıyam. Oyunçularımla fəxr edirəm”.

 

Qeyd edək ki, Bakıda 3:2 hesabı ilə qalib gələn “dəmiryolçular” səfərdə 1:3 hesabı ilə uduzduqlarından, ÇL-də mübarizəni dayandırıblar.