11:15 26-02-2016
news_image
620
TOP OYUNLARI

Kapitanın məğlubiyyət şərhi: Ritmi tuta bilmədik

“Bu oyundan daha çox şey gözləyirdik. Amma mübarizəni dayandırmalı olduq”. Apasport.az saytı xəbər verir ki, bunu “Lokomotiv”in çexiyalı voleybolçusu Aneta Havlikova deyib.

 

Komandasının kapitanı Çempionlar Liqasında “Volero”ya uduzmalarına münasibət bildirib.

 

Onun sözlərinə görə, İsveçrə çempionuna 1:3 hesablı məğlubiyyət rəqibin daha güclü olmasının əlamətidi: “İlk görüşdə hamıya sübut etdik ki, “Volero”nu məğlub etmək gücündəyik. Sadəcə, cavab matçında ritmimizi tuta bilmədik. Bu cür güclü komandaya qarşı ən yaxşı oyunumuzu göstərməliydik. Görüşün hər saniyəsində diqqətli olmalıydıq”.

 

Qeyd edək ki, “Lokomotiv” Bakıda rəqibinə tay-brekdə qalib gəlmişdi. Səfərdə isə yalnız 1 set qazandığından, Avrokubok mövsümünə yekun vurdu.