15:59 26-02-2016
news_image
484
DİGƏR NÖVLƏR

18 ölkənin idmançısı Bakıya gələcək

Batut gimnastikası üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, matın 5-6-da Bakıda keçiriləcək Dünya Kubokuna ölkəmiz 6 idmançı ilə qatılacaq.

 

Yarışda I Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişunin, finalçısı Svetlana Makştarova və Sabina Zaytseva, açıq Azərbaycan çempionatının qalibi Oleq Piunov, Dmitri Fedorovski və Ruslan Ağamirov mübarizə aparacaqlar.   

   

Dünya Kubokuna ümumilikdə 18 ölkəni təmsil edən 78 gimnast fərdi və sinxron proqramda çıxış edəcək. Bunlardan 46-sı kişi, 32-si isə qadındı. Paytaxtımıza gələcək ölkələr sırasında Yaponiya, Avstraliya, ABŞ milliləri də olacaq.

 

Proqrama əsasən, yarışım ilk günündə təsnifat mərhələsi keçirilən yarışlar bir gün sonra finallarla yekunlaşacaq.

 

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ölkəmizdə ilk dəfədi təşkil olunur.