17:50 26-02-2016
news_image
727
DİGƏR NÖVLƏR

Bakı Olimpiya Stadionunda velosiped yarışı

Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Olimpiya Stadionu arasında əldə olunmuş razılığa əsasən, federasiya 2016-cı il mövsümünə stadion ətrafındakı yollarda təşkil ediləcək yarışla start verəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək "Mövsümün açılış yarışı"nda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançısı iştirak edəcək.

 

Proqrama əsasən, fevralın 27-də velosipedçilər saat 15:00-dan etibarən fərdi ötüşmədə mübarizə aparacaqlar. Fevralın 28-də isə saat 10:30-da qrup ötüşmələrinə start veriləcək.