16:00 27-02-2016
news_image
540
TOP OYUNLARI

Yığmamızın hücumçusu məyus oldu

Qadın voleybolçular arasında Yaponiya çempionatının II mərhələsində IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” NEK-in qonağı olub.

 

Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb. “Toyota” ikinci mərhələdə ilk məğlubiyyətini alıb - 0:3 (24:26, 18:25, 20:25).

 

Bu məğlubiyyətdən sonra “Toyota” 7 xalla turnir cədvəlində 2-ci pilləsinə enib.  Polinanın komandası sabah baş tutacaq növbəti turda “Toray Errous”la üz-üzə gələcək.