22:54 28-02-2016
news_image
770
DİGƏR NÖVLƏR

Yeni mövsümün ilk qalibləri məlumdu - FOTOSESSİYA

Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Olimpiya Stadionunun birgə təşkilatçılığı ilə, 2016-cı il mövsümünə stadion ətrafındakı yollarda təşkil edilən yarışla start verilib. Federasiyadan apasport.az saytına verilən məlumata görə, 2 gün davam edən "Mövsümün açılış yarışı"nda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançısı iştirak edib.

 

15 yaşadək idmançıların 20 km-lik qrup ötüşməsində 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçisi Emil Əliyev finişi 1-ci keçib. Onun komanda yoldaşı Fədail Mahmudov 2-ci nəticə göstərib. İlk üçlüyü İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin üzvü Nikita Sıtov tamamlayıb.

 

U-17, Gənclər, U-23 və Elit kateqoriyasında mübarizə aparan velosipedçilər isə 60 km məsafə qət ediblər. İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Adı çəkilən məktəbin digər nümayəndəsi Bakir Dadaşov bürünc medala yiyələnib. 2-ci yeri isə 8 saylı İdman Olimpiya Məktəbindən Maksim Naperstkov tutub.