10:19 29-02-2016
news_image
472
TOP OYUNLARI

Polina Rəhimova mövsümü vaxtından əvvəl bitirdi

Qadın voleybolçular arasında Yaponiya çempionatında II dövrənin V turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” “Toray Errios”un qonağı olub.

 

Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb. Onlar NEC-in ardınca yenə də məğlubiyyətə üzülüblər. “Toyota” üçün formal xarakter daşıyan görüşdə “Toray Errios” 3:1 hesablı qələbəyə sevinib.

 

Polina qarşılaşmada 34 xal toplayıb. O, bu xallardan 30-unu hücumda, 3-ünü blokda və 1-ini eyslə qazanıb.

 

Bununla da, Rəhimovanın Yaponiya çempionatında ən azı bu mövsümlük çıxışı başa çatıb. Ardıcıl 2 qarşılaşmada məğlub olan və startda 2 görüşdə tay-brekdə sevinən “Toyota” mərhələ adlamaq üçün vacib olan “üçlük”də qərarlaşa bilməyib. Onlar 4-cü yeri tutublar.

 

Qeyd edək ki, həlledici mərhələyə “Hitaçi”, NEK və “Toray Errios” yüksəlib.