12:26 29-02-2016
news_image
484
DİGƏR NÖVLƏR

Bakıda Milli İdman Kompleksi və avarçəkmə kanalı tikiləcək

Bakıda yeni inşa ediləcək idman obyektlərinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda yaxın 10 ildə 2 möhtəşəm kompleks tikiləcək.

 

Belə ki, Su İdman Sarayının yaxınlığında avarçəkmə kanalının idmançıların ixtiyarına verilməsi planlaşdırılır. Bakı buxtasında, həmçinin, Milli İdman Kompleksi və onun ətrafında idmançıların qalması üçün müxtəlif dərəcəli otellər tikiləcək.