09:14 01-03-2016
news_image
638
TOP OYUNLARI

“Dinamo” “Azəryol”la eyni vaxtı seçdi

Qadın voleybolçular arasında CEV kubokunda mübarizə aparan Bakının “Azəryol” klubunun Krasnodar “Dinamo”su ilə səfər oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin martın 8-də baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

Görüş Krasnodarda “Olimp” İdman Sarayında keçiriləcək.

 

Qeyd edək ki, paytaxtımızda təşkil olunacaq cavab matçı martın 12-də olacaq və “Azərreyl” İdman Bazasında baş tutacaq matç da saat 18:00-da başlayacaq.