19:14 01-03-2016
news_image
4353
TOP OYUNLARI

“Azərreyl” 3 xal qazandı, “Lokomotiv” tay-brekdə sevindi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, eyni saatda başlayan oyunlarda turnir cədvəlinin ilk 4 pilləsində qərarlaşan komandalar üz-üzə gəlib.

 

Çempionatın lideri “Telekom”la “Lokomotiv” arasında qarşılaşma gərginliyi ilə diqqət çəkib. “Dəmiryolçular” oyunun gedişində iki dəfə önə keçsə də, Zoran Qayiçin yetirmələri bərabərlik setini qazana bilib. Nəticədə görüşün taleyi də tay-brekdə həll olunub. Həlledici setdə də gərgin mübarizəyə şahid olan azarkeşlər sonda “Lokomotiv”in qələbə qazanmasını izləyib.

 

Günün digər görüşündə qalib 3 setdə müəyyənləşib. Avrokuboklardakı yeganə təmsilçimiz “Azəryol” liderin ən yaxın izləyicisi “Azərreyl”lə üz-üzə gəlib. Ölkə voleybolunun ən köklü klubu olan sonuncular 3:0 hesabı ilə qalib gəlsə də, matçın hər seti gərginliyi ilə seçilib.

 

1 mart

XVI tur

 

“Telekom” – “Lokomotiv” - 2:3 (20:25; 25:15; 26:28; 25:22; 14:16)

“Gənclik” Olimpiya Kompleksi

 

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

İkinci dövrə: “Telekom” – “Lokomotiv” - 3:2 (20:25; 18:25, 25:21, 25:16, 15:12)

Üçüncü dövrə: “Lokomotiv” – “Telekom” - 3:0 (25:23; 25:22; 26:24)

 

“Azəryol” – “Azərreyl” - 0:3 (21:25; 23:25; 20:25)

“Azərreyl” İdman Bazası

 

İlk dövrə: “Azərreyl” – “Azəryol” - 1:3 (25:27, 23:25, 25:15, 23:25)

İkinci dövrə: “Azərreyl” – “Azəryol” - 2:3 (19:25, 13:25, 25:21, 25:19, 14:16)

Üçüncü dövrə: “Azərreyl” – “Azəryol” - 3:2 (25:22; 21:25; 20:25; 25:20; 15:10)

  

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Telekom

17

13

4

7

4

2

1

1

2

42-20

1441-1200

38

2

Azərreyl

16

12

4

10

1

1

1

2

1

40-15

1303-1026

36

3

Lokomotiv

16

10

6

8

1

1

2

1

3

35-21

1273-1105

31

4

Azəryol

14

7

7

4

1

2

3

3

1

30-26

1251-1183

22

5

Gənclik

16

4

12

2

1

1

0

0

12

12-39

887-1186

11

6

Tbilisi

13

0

13

0

0

0

0

1

12

1-39

543-998

0