11:31 01-03-2016
news_image

Yığmamız Limaya yollanır

Martın 5-də Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.

 

Komandamızın baş məşqçisi Peter Zayzenbaher Cənubi Amerikada 7 idmançını sınaqdan keçirməyə qərar verib. O, Limada Vüqar Şirinli, Elbrus Zamanov (hər ikisi 60 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq) və Aişə Qurbanlıya (48 kq) şans verəcək.

 

Qeyd edək ki, yarışa 56 ölkədən 279 (166 kişi, 113 qadın) cüdoçu qatılacaq.