09:51 03-03-2016
news_image
3010
DÖYÜŞ NÖVLƏRİ

Mariya Stadnik dünya reytinqində liderliyə yüksəldi

Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Riqada baş tutacaq Avropa çempionatı öncəsi qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, reytinq sıralamasında 6 güləşçimizin adı var.

 

Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik ötən ay Kiyevdə keçirilən beynəlxalq turnirdə qalib gələrək reytinq siyahısında yenidən birinciliyə yüksəlib. Kiyevdə keçirilən beynəlxalq turnirdə qazandığı nəticə Anjela Doroqanın bir pillə yüksəlməsi, Yuliya Ratkeviçin isə mövqeyini qoruması ilə nəticələnib. “Onluğa” daxil olan daha 2 güləşçimiz isə Nataliya Sinişin və İrina Netreba olub (awf-az.org). 

48 kq
1. Mariya Stadnik - Kiyev turniri 1-ci yer (2)

53 kq 
5. Anjela Doroqan - Kiyev turniri 2-ci yer (6)

55 kq 
9. Nataliya Sinişin - Kiyev turniri 1-ci yer ([email protected])
18. Alyona Kolesnik - Qızıl Qran Pri 5-ci yer (12)

58 kq
6. Yuliya Ratkeviç - Kiyev turniri 3-cü yer (6)

60 kq 
8. İrina Netreba - Polşa turniri 3-cü yer (4)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.