14:28 03-03-2016
news_image
449
DİGƏR NÖVLƏR

Gimnastika Federasiyası ardıcıl 2 il fərqlənənlər siyahısında

Azərbaycan Gimnastika Federasiyası (AGF) iki il ardıcıl olaraq, fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil olub. AGF-dən apasport.az satına verilən məlumata görə, 2015-ci il üzrə reytinq siyahısı FIG-nin İcraiyyə Komitəsinin Lozannadakı baş ofisində keçirilən növbəti iclasında müəyyən edilib.

 

Mükafatlar hər il federasiyaların beynəlxalq fəaliyyəti (Dünya Kubokunda və onun 10 mərhələsində, o cümlədən FIG-nin Konqress və Simpoziumlarında, FIG Akademiyasının məşqçilik kurslarında, Gimnastradada və s. tədbirlərdə iştirak) və yuxarıda göstərilmiş tədbirlərə son qeydiyyat tarixlərinə riayət olunması əsasında təqdim olunur.