09:47 04-03-2016
news_image
352
TOP OYUNLARI

“Azəryol”un oyunu təxirə salındı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha bir oyunun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, sabah XVIII tur çərçivəsində keçirilməli olan “Azəryol” – “Gənclik” görüşü nəzərdə tutulan vaxtda baş tutmayacaq.

 

Avrokubokdakı yeganə təmsilçimizin oyunu martın 19-na dəyişdirilib. Voleybol Federasiyasının idman zalında baş tutacaq qarşılaşma saat 14:00-da başlayacaq.