10:19 04-03-2016
news_image
2506
DÖYÜŞ NÖVLƏRİ

Planetin ən güclüsü - Rəsul Çunayev!

Dünya Güləş Birliyi 2016-cı ilin fevralında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda 9 güləşçimizin adı yer alıb.

 

Avropa Oyunlarının qızıl medalçısı, Las-Veqasda keçirilən dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, gümüş medalçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb. 

Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadı. 

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

66 kq
9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (8)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
6. Elvin Mürsəliyev - Qızıl Qran-pri 3-cü yer (6)

80 kq 
5. Rafiq Hüseynov - Qızıl Qran-pri 2-ci yer (6)

85 kq
5. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (2)
13. İslam Abbasov - Qızıl Qran-pri 3-cü yer (13)

98 kq
19. Şalva Qadabadze - Qızıl Qran-pri 1-ci yer (16)

130 kq
4. Sabah Şəriəti - Qızıl Qran-pri 1-ci yer (4)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.