10:48 04-03-2016
news_image
2855
TOP OYUNLARI

Seneqal millisinin kapitanı Bakıda poza verdi - FOTOSESSİYA

“Azərreyl”in voleybolçusu Fatu Diukun daha bir hobbisi üzə çıxıb. Apasport.az saytının məlumatına görə, Seneqal millisinin kapitanı Afrikada tək meydanda deyil, podiumda da pərəstişkarlarının rəğbətini qazana bilib.

 

Belə ki, 31 yaşlı hücumçu modelliklə də məşğuldu. O, bu günlərdə yenidən podiuma çıxaraq, gözəlliyini nümayiş etdirib. Cazibədarlığı ilə də diqqət çəkən Diuk müxtəlif geyimlərlə pərəstişkarlarının qarşısına çıxıb. O, ölkəsinin ən seksual modellərindən hesab olunur.