10:10 05-03-2016
news_image

“Baku Fires” uduzsa da, mövqeyi dəyişmədi

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” növbəti görüşü keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Boks Mərkəzində ötən mövsümün qalibi “Astana Arlans”la qarşılaşıb.

 

Görüş komandamız üçün uğurlu start götürməyib. Qonaqlar ilk 2 döyüşdə qələbə qazandıqdan sonra Tamerlan Abdullayev fərqi azaltsa da, ardınca “Astana Arlans”ın üzvü Nurdaulet Jarmanov üstün olub. Bununla da Qazaxıstan təmsilçisi son görüşün nəticəsindən asılı olmayaraq, qələbəsini rəsmiləşdirib. 5-ci döyüşdə Arslanbek Mahmudovun rəqibini məğlub etməsi təsəlli xarakteri daşıyıb.

 

Komandamızın uduzmasına baxmayaraq, turnir cədvəlində mövqeyi dəyişməyib. 4 görüşdən 7 xal toplayan “Baku Fires” (10:10) yenə ikincidi. Təmsilçimizlə eyni sayda rinqə çıxan “Uzbek Tigers” (Özbəkistan) 10 xala (16:4) malikdi. Onları 3 qarşılaşmadan 6 xal toplayan “Astana Arlans” (8:7) və aktivində 3 xalı olan “Puerto Riko Hurricanes” (Puerto-Rika, 1:14) izləyir.

 

 

“Baku Fires – “Astana Arlans” – 2:3

52 kq. Məhəmməd İbiyev – Oljas Sattibayev – 0:3

60 kq. Nəsrəddin Məmmədov – Zakir Safiullin – 0:3

69 kq. Tamerlan Abdullayev – Aslanbek Şımberqenov – 3:0

81 kq. Mixail Dolqolivets – Nurdaulet Jarmanov – 1:2

+91 kq. Arslanbek Mahmudov – Nurlan Bekzatov – 3:0