10:24 05-03-2016
news_image
350
TOP OYUNLARI

“Azəryol”un oyunlarını idarə edəcək hakimlər açıqlandı

Qadın voleybolçular arasında CEV kubokunun 1/2 final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakının “Azəryol” klubunun Krasnodar “Dinamo”su ilə ilk qarşılaşması rumıniyalı Silvian Lunquya tapşırılıb.

 

Martın 8-də baş tutacaq qarşılaşmada ikinci hakim funksiyasını Lyubomir Qlobaçik (Sloveniya) yerinə yetirəcək.

 

4 gün sonra Bakıda baş tutacaq cavab oyununda isə ədaləti David Qril (Sloveniya) və Jenek Qrabovski (Çexiya) qoruyacaqlar.