11:19 05-03-2016
news_image
437
TOP OYUNLARI

Rəqibimiz yenə uduzdu

Qadın voleybolçular arasında Rusiya Super Liqasında XVI turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində CEV kubokunda “Azəryol”un rəqibi olan Krasnodar “Dinamo”su Kazan “Dinamo”sunun qonağı olub.

 

Qarşılaşma ev sahiblərinin 3:0 (25:21, 25:19, 25:22) hesablı qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətdə komandanın “vuran əli” Tatyana Koşelyevanın zədə səbəbindən meydana çıxmaması da öz rolunu oynayıb.

 

Buna baxmayaraq, “Yenisey”in ardınca “Dinamo”ya da uduzan krasnodarlılar 29 xalla turnir cədvəlində 3-cüdü.

 

Qeyd edək ki, “Azəryol” “Dinamo” ilə ilk görüşünə martın 8-də səfərdə çıxacaq.