14:53 05-03-2016
news_image
2834
TOP OYUNLARI

“Apasport”u təbrikə gələn “Azəryol” Krasnodara iddialı yollanır

“Komandamız əhval-ruhiyyə yüksək səviyyədədi. Bütün heyət yalnız qələbəyə köklənib”. Bunu apasport.az saytına açıqlamasında “Azəryol”un baş məşqçisi Ziya Rəcəbov deyib.

 

Gənc mütəxəssis CEV kubokunun yarımfinalında Krasnodar “Dinamo”su ilə oyun öncəsi fikirlərini açıqlayıb. Klubun meneceri Amil Hacıyevlə birgə “Apasport”un 9 yaşını təbrik etməyə gələn Rəcəbov bildirib ki, martın 8-də səfərdə baş tutacaq ilk qarşılaşmadaca rəqibə güclərini göstərməyi hədəfləyiblər: “Dinamo”nun son oyunlarının hamısını izləyib, lazımı qeydlər götürmüşəm. Artıq onların hansı zonada necə oynadığını öz komandam kimi bilirəm. Onlar Rusiya çempionatının hesabat turunda “Dinamo” ilə görüşdə kifayət qədər inamlı təsir bağışladılar. Lakin avrokubokda məqsədimiz sonadək döyüşməkdi. İstəyirik ki, səfərdə ölkəmizin adına layiq oyun göstərək və oradan sərfəli nəticə ilə dönək. Qızlarda da buna inam yüksəkdi. Hər birimizin arzusu mövsümü kubokla bitirməkdi. Bunun üçün öncə “Dinamo” sınağından qalib kimi ayrılmalıyıq. İnşallah, azarkeşlərimizə bu sevinci yaşadacağımıza ümid edirəm”.

 

Qeyd edək ki, “Azəryol” Krasnodara bu gün yollanacaq. Komandalar arasında cavab matçı martın 12-də Bakıda olacaq.