15:05 06-03-2016
news_image

Cüdoçularımızdan daha bir uğurlu start: 1 qızıl, 2 bürünc

Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatı keçirilir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

 

Belə ki, ilk gündə tatami üzərinə çıxan üç cüdoçumuzun hamısı medal qazanıb.

 

60 kq çəki dərəcəsində çıxış edən Vüqar Şirinli bütün rəqiblərindən güclü olub. O, finalda tatami sahibi – Juan Postiqos üzərindəki təmiz qələbəsiylə mötəbər turnirin qızıl medalını qazanıb.

 

Bu çəkidə çıxış edən digər çüdoçumuz Elburus Zamanov da uğur qazanıb. Zamanov kanadalı idmançı Sergio Pessoanı məğlub edərək bürünc medala sahib olub.

 

48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı də mükafatsız qalmayıb. Qurbanlı milli komandamızın aktivinə daha bir bürünc medal yazdırıb.

 

Qeyd edək ki, 2 gün davam edəcək yarışda 60 ölkədən 288 (172 kişi, 116 qadın) cüdoçu mübarizə aparır.