11:03 07-03-2016
news_image
514
DİGƏR NÖVLƏR

Azərbaycanda ilk dəfə keçirilən Dünya Kubokunda medalsız qaldıq

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku sona çatıb. Gimnastika Federasiyasından apasport.az saytının məlumatına görə, Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi yarışda ən yaxşı nəticəmiz 4-cü yer olub.

 

Belə ki, yarışda ölkəmizin idman şərəfini İlya Qrişunin, Oleq Piunov, Dmitri Fedorovski, Ruslan Ağamirov, Svetlana Makştarova və Sabina Zaytseva qoruyublar. Onlardan üçü final mərhələsinə yüksəliblər. Həlledici mərhələdə ən yaxşı nəticəni sinxron cütlük Dmitri Fedorovskiy və Ruslan Ağamirov göstərib və 4-cü yeri tutublar.

 

Kişilər arasında fərdi çıxış proqramında qalib adına Olimpiya Oyunlarının gümüş medalçısı, Dmitri Uşakov (Rusiya) yiyələnib. O, həmçinin sinxron cütlüklər arasında Nikita Fedorenko ilə birlikdə qızıl medal sahibi də olub. Fərdi çıxış proqramında "gümüş" və "bürünc" müvafiq olaraq Vladislav Qonçarov  (Belarus) və Dieqo Qonçinyonun (Portuqaliya) hesabına yazılıb. Bu iki idmançı öz tərəfdaşları ilə birgə (Belarusdan Nikolay Kazak və Portuqaliyadan Diyeqo Abreu) sinxron çıxış proqramı üzrə də nəticələrini təkrar ediblər.

 

Qadınlar arasında fərdi çıxış proqramının finalında “qızıl” və “gümüş” Belarusdan olan gimnastların (Anna Harçonak və Tatyana Petrenya) hesabına yazılıb. Böyük Britaniya təmsilçisi Ketrin Driskol isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Sinxron çıxış proqramında ilk “üçlüy”ə Belarusdan olan cütlük (Anna Harçonak və Tatyana Petrenya) başçılıq edib. Onların ardınca isə Ukrayna (Natalya Moskvina və Marina Kiyko) və Rusiyadan (Yana Pavlova və Viktoriya Voronina) olan cütlüklər qərarlaşıblar.