13:21 07-03-2016
news_image
775
DİGƏR NÖVLƏR

Velosipedçimiz dünya çempionatında 7-ci yeri tutub - FOTO

Londonda velosiped idmanının trek növü üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan yığma komandası üçün uğurlu sonluqla başa çatıb.

 

Belə ki, millimizin üzvü Sergey Omelçenko olimpiya növü olan keyrində 7-ci yeri tutmaqla dünya çempionatları tariximizdə ən yüksək nəticəyə imza atıb.

 

Reqlamentə əsasən, ilkin mərhələdə 7 idmançı arasında finiş xəttini 2-ci keçən velosipedçimiz birbaşa yarımfinala vəsiqə qazansa da, təəssüf ki, finalın 6 iştirakçısı sırasında yer almaq mümkün olmayıb. Bununla belə, Omelçenko 7-ci yer uğrunda mübarizədə digər 5 rəqibini qabaqlamağı bacarıb.

 

Qadınlar arasında 200 metr məsafəyə sprint növündə çıxış edən yığma komandamızın digər üzvü Olqa İsmayılova isə 33 iştirakçı arasında 18-ci nəticə göstərib.