17:30 07-03-2016
news_image
859
TOP OYUNLARI

Arsen Vengerin xələfi tapıldı - FOTO

“Arsenal” baş məşqçi Arsen Vengerə əvəzləyici tapıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, fransalı mütəxəssisi bu postda həmyerlisi əvəz edəcək.

 

Belə ki, daha 2-3 il “topçular”ı çalışdıracaq Venger vəzifəsindən ayrıldıqdan sonra London klubunun əfsanəvi futbolçusu Tyerri Anri baş məşqçi təyin olunacaq. “Topçular”ın U-19 komandasının “sükanı arxası”na gətirilən Anri məhz Vengerin yerinə hazırlanır.

 

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən bəri “Arsenal”ı çalışdırır. Anri isə 1999-2007-ci illərdə onun rəhbərliyi altında çıxış edib.