00:10 08-03-2016
news_image

AÇ-2016: İlk gün 3 güləşçimiz mübarizə aparacaq

Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparacaq.

 

Güləşçilərimizin ilk rəqibləri də məlum olub. İlk görüşlər bu gün Bakı vaxtı ilə saat 10:00-da, final görüşləri isə saat 21:00-da başlayacaq.

 

48 kq 1/8 final - Mariya Stadnik - Oleksandr Kogut (UKR)

 

57 kq 1/8 final - Mahir Əmiraslanov - Eduards Kucepalovs (LAT)

 

86 kq 1/8 final - Zbiqnev Baranovski (POL) - Aleksandr Qostiyev