19:24 08-03-2016
news_image
5055
TOP OYUNLARI

“Azəryol” səfərdən məğlub dönür - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında CEV kubokunda yarımfinal oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Bakının “Azəryol” klubu Krasnodarda “Dinamo”nun qonağı olub.

 

Avrokuboklar tariximizdə 400-cü matçımız komandamız üçün gözlənildiyi kimi çətin keçib. Bu mövsüm CEV kubokunda uduzmayan yarışın son qalibi “Dinamo” uğurlu seriyasını davam etdirə bilib.

 

İlk setə üstün başlayan təmsilçimiz uzun müddət öndə olsa da yekunda büdrəyib və ilk hissəni məğlub başa vurmalı olub. İkinci setdə isə rəqibin aşkar üstünlüyü hiss olunub. Ruslar bu dəfə 25:15 hesabı ilə qalib gəliblər.

 

Ziya Rəcəbovun komandası 3-cü setdə rəqibinə qarşı dirəniş göstərsə də, bu da qələbə üçün yetərli olmayıb. "Yol çəkənlər" 23:25 hesabına üzülüblər.

 

Bununla da qarşılaşmadan 0:3 hesablı məğlub ayrılan "Azəryol" mərhələ üçün son ümidlərini doğma meydana saxlayıb.

 

 

 

 

8 mart

CEV kuboku

Yarımfinal, ilk oyun

 

“Dinamo” (Krasnodar, Rusiya) – “Azəryol” (Azərbaycan) - 3:0 (25:22, 25:15, 25:23)

Hakimlər: Silvian Lunqu (Rumıniya), Lyubomir Qlobaçik (Sloveniya)

Krasnodar, “Olimp” İdman Sarayı