01:50 08-03-2016
news_image
4698
DİGƏR NÖVLƏR

Dünya tennisi şokda: Şarapovada dopinq çıxdı

Dünyaca məşhur tennisçi Mariya Şarapova dopinq testinin pozitiv çıxdığını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ABŞ-da mətbuat konfransı keçirən rus idmançı mövsümün ilk “Böyük dəbilqə” turniri hesab olunan “Austarlia Open”də alınan nümunələrin müsbət nəticə verdiyini bildirib.

 

Karyerasında 5 “Böyük dəbilqə” çempionluğu olan Şarapova deyib ki, 10 ildir istifadə etdiyi dərmanın sonradan dopinq siyahısına salınmasından xəbəri olmayıb. Eyni zamanda yasaqlı maddələrlə əlaqəli ona göndərilən düzəlişlərə baxmadığını da etiraf edən “raketka ustası” məsuliyyəti tamamilə öz üzərinə götürüb.

 

29 yaşlı idmançının son sözləri isə belə olub: “Çox böyük bir səhv elədim. 4 yaşımdan bəri oynadığım tennisə və məni sevənlərə xəyanət etdim. Bunun nəticələrinin ağır olacağının fərqindəyəm, ancaq karyeramı bu şəkildə bitirmək istəmirəm. Ümid edirəm ki, mənə bir şans daha verəcəklər”.