21:59 08-03-2016
news_image
2278
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatında ilk qazancımız qızıl oldu!

Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) Avropa çempionu olub.

 

Stadnik əvvəlcə Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya güləşçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib.

 

Finalda güləşçimizin rəqibi Rumıniya idmançısı Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya növbəti dəfə Avropa çempionu adına sahib olub.

 

Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.