11:37 09-03-2016
news_image
1512
TOP OYUNLARI

“Azəryol”un hücumçuları blokda adamın əlini qırırlar”

“Azəryol”la oyuna çox emosiya sərf etdik. Qarşılaşma maraqlı alındı. Biz bu oyuna ciddi hazırlaşmışdıq. Çünki ölkə çempionatında məğlubiyyətlərə görə azarkeşlərimiz önündə özümüzü reabilitasiya etməliydik. Həm də öz emosional durumumuzu yaxşılaşdırmaq lazım idi”. Apasport.az saytının məlumatına görə, bunu Krasnodar “Dinamo”sunun voleybolçusu İrina Filiştinskaya deyib.

 

26 yaşlı toppaylayıcı CEV kubokunun yarımfinal matçında “Azəryol”la ilk oyunu dəyərləndirib. O, 3:0 hesabı ilə qələbə qazanmalarının yerinə düşdüyünü açıqlayıb: “Azəryol” çox çətin rəqibdi. Onlar çox emosional oynayırlar. Biz də onların matça köklənməsinin qarşısını almalıydıq. Əks halda, “Azəryol” öz oyunlarını göstərib, bizi məğlub edə bilərdi. Çünki çox sürətli oynayır. Güclü və yaxşı hücumçuları var. Qüvvətli zərbələrlə blokda adamın əlini qırırlar. Biz çalışdıq ki, məşqçinin tapşırıqlarını maksimal dərəcədə yerinə yetirək. Bu da alındı. İlk hissədə həyəcan vardı. Lakin hisslərimizə qalib gəlib, seti xeyrimizə başa vurduq. Bu da növbəti hissələrin axarına təsir etdi. Bu qələbə 8 mart Beynəlxalq Qadınlar Günündə özümüzə, azarkeşlərə və məşqçilərimizə hədiyyə oldu. Belə bir gündə məğlubiyyət hissi yaşamaq istəməzdik”.

 

Qeyd edək ki, bu mövsüm CEV kubokunda uduzmayan “Dinamo” martın 12-də “Azəryol”un qonağı olacaq.