13:01 09-03-2016
news_image
1329
DİGƏR NÖVLƏR

Daha 6 rusiyalı idmançı dopinqdə “ilişdi”

Rusiya idmanın dopinq qalmaqalı davam edir. Apasport.az saytının məlumatına görə, məşhur tennisçi Mariya Şarapovanın ardınca daha 6 idmançının analizi müsbət nəticə verib.

 

Belə ki, fiqurlu konkisürən Yekaterina Bobrova, konkisürən Pavel Kulijnikov, velosipedçi Eduard Vorqanov, şot-trekçi Semyon Yelistratov və voleybolçu Aleksandr Markinin də orqanizmindən istifadəsi qadağan olunan preparat tapılıb. Onların da Şarapova kimi meldonidən istifadədə günahlandırılırlar.

 

Buna münasibət bildirin Rusiyanın idman naziri Vitali Mutko deyib ki, daha bir neçə belə faktın üzə çıxması gözlənilir. O, diskvalifikasiyaların kütləvi xarakter daşıyacağını istisna edib.

 

Meldoninin yaradıcısı İvar Kalvinş isə bu preparatdan 2 milyona yaxın adamın istifadə etdiyini və onun dopinq olmadığını açıqlayıb: “Meldoninin qadağası axmaqlıqdı. Bu, dopinq deyil. İdmançıları yükləmələr vaxtı qoruyur. Şadıq ki, insanlar bundan istifadə edir və sağlamlığını qeydinə qalırlar. WADA-nın bunu dopinq sayması üçün heç bir elmi əsası yoxdu”.

 

Qeyd edək ki, meldoni ürək xəstəliklərinin profilaktikası üçün istifadə olunur. Bu maddə bu il yanvarın 1-dən qadağan olunmuş preparatların S-4 sinfinə daxil edilib.