14:38 09-03-2016
news_image

Yığmamız Buenos-Ayresə yollanır

Cüdo üzrə Azərbaycan millisi həftəsonu daha bir beynəlxalq yarışa qatılacaq. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Peter Zayzenbaher əsas heyətin bir neçə üzvünü martın 12-13-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək açıq Panamerika çempionatında sınamağa qərar verib.

 

Avstriyalı mütəxəssis 55 ölkədən 269 idmançının (162 kişi, 107 qadın) qatılacağı yarışda 7 cüdoçumuza şans verəcək. Komandamızın heyətində Vüqar Şirinli, Elbrus Zamanov (hər ikisi 60 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq) və Aişə Qurbanlı (48 kq) reytinq xallarını artırmağa çalışacaqlar.

 

Qeyd edək ki, eyni vaxtda Mərakeşin Kasablanka şəhərində keçiriləcək Afrika açıq çempionatında da millimiz iştirak edəcək. Millimiz buraya 17 cüdoçu ilə yollanıb.