18:57 09-03-2016
news_image
569
TOP OYUNLARI

“Azəryol”u məğlub etmək bizə çox çətin başa gəldi”

“Azəryol”la matçda istədiyimizi yerinə yetirdik”. Apasport.az saytının məlumatına görə, bunu Krasnodarın “Dinamo” voleybol klubunun baş məşqçisi Konstantin Uşakov deyib.

 

Təcrübəli mütəxəssis CEV kubokunun yarımfinal mərhələsi çərçivəsində “Azəryol”la ilk oyundan sonra qələbələrini şərh edib. O bildirib ki, Bakı klubunu 3:0 hesabı ilə məğlub etmək heç də asan olmayıb: “İlk baxışdan oyunun asan olduğu görünür. Amma inanın ki, bu çox çətin başa gəldi. Düşündüklərimizin hamısını istədiyimiz kimi yerinə yetirdik. Hər şey də alındı və bu üzdən də nəticə belə oldu. Ən çətini yəqin ki, üçüncü set idi. Həmin vaxt rəqibi sonadək sıxmaq lazım idi. Cavab oyununda eyni nəticəni istək və intizam hesabına təkrarlaya bilərik”. 

 

Qeyd edək ki, komandalar arasında ikinci oyun martın 12-də olacaq.