11:11 12-03-2016
news_image
457
DİGƏR NÖVLƏR

Xorvatiyada uğurlu start

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının 1-ci mərhələsi komandamız üçün uğurlu alınıb.

 

158 km-dən ibarət bu bölümdə "Synergy Baku"nun üzvü Matey Müqerli finiş xəttini mərhələ qalibindən 3 saniyə gec keçməklə 2-ci olub – 3 saat, 49 dəqiqə, 21 saniyə. Bu, velosipedçimizə həm ümumi təsnifatda, həm də sprinterlərin mübarizəsində 2-ci sırada qərarlaşmağa imkan verib. Komanda hesabında “Synergy Baku” 33 iştirakçı kollektiv arasında liderə 4 saniyə uduzmaqla 3-cü yerdədi.

 

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 157 km məsafə qət edəcəklər.

 

Qeyd edək ki, “Synergy Baku” bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunur.