15:13 12-03-2016
news_image
3541
DÖYÜŞ NÖVLƏRİ

“Cəbrayılla final görüşü mənim üçün asan oldu” - türkiyəli Avropa çempionu

“Çempionluq ağlımdan da keçmirdi. Mənim üçün sürpriz oldu”. Apasport.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Türkiyə yığmasının üzvü Soner Dəmirtaş deyib.

 

Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında iştirak edən Dəmirtaş karyerasında ilk dəfə qitə çempionu olub. 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Azərbaycan güləşçisi Cəbrayıl Həsənovla qarşılaşıb.

 

Dəmirtaş Türkiyə mətbuatına açıqlamasında Cəbrayılla görüşdə çətinlik çəkmədiyini bildirib: “Cəbrayılla Avropa Oyunlarının finalında da üz-üzə gəlmişdim. Budəfəki yarışda həyəcanımı boğa bildim və bunun sayəsində qızıl medalı qazandım. Mənim üçün asan görüş oldu. Gözəl taktika ilə qalib gəldim”.

 

Türkiyə millisinin üzvü Avropa çempionluğunun özü üçün sürpriz olduğunu əlavə edib: “Açığı, medal alacağıma inanırdım. Amma çempionluğu gözləmirdim. Artıq finala çıxanda ikinciliyin mənim üçün uğursuzluq olacağını düşündüm. Çempion olmağın vacibliyini dərk etdim və bunu bacardım”.