16:41 12-03-2016
news_image
3807
TOP OYUNLARI

“Ridinq”in sabiq baş məşqçisi rəsmən Azərbaycan yığmasında!

Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisinin adına aydınlıq gəlib. Azərbaycan Basketbol Federasiyasından (ABF) apasport.az saytına verilən məlumata görə, milli komandamız 41 yaşlı Samit Nuruzadəyə həvalə olunub.

 

Elxan Əliyevlə yollarını ayıran ABF Nuruzadəni baş məşqçi təyin edib. “Ridinq”də işləmiş həmyerlimiz özünü yaxşı tərəfdən göstərəcəyi halda bir neçə il bu postda çalışacaq.

 

Qeyd edək ki, Samit Nuruzadə U-16 millimizin də baş məşqçisidi.