00:26 13-03-2016
news_image

Kasablankada ilk gün medalsız bitdi

Mərakeşin Kasablanka şəhərində cüdo üzrə Afrika açıq çempionatı keçirilir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan milli komandasının 9 üzvü mübarizə aparıb.

 

Ölkəmizi təmsil edən Rasim Əlməmmədov (60 kq) və Fəqan Quluzadə (73 kq) bürünc medal uğrunda görüşlərdə uduzaraq turnirdə 5-ci olublar.

 

Oruc Vəlizadə (60 kq) və Tərlan Kərimov (66 kq) isə 7-ci yerlə kifayətlənib.

 

Qeyd edək ki, 59 ölkədən 310 (202 kişi, 108 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 17 idmançı ilə təmsil olunur.