11:11 14-03-2016
news_image
805
DİGƏR NÖVLƏR

"Synergy Baku"dan uğurlu sonluq - FOTO

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəsi başa çatıb. Apaspor.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının sonuncu, 3-cü mərhələsi komandamızın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.

 

146 km-dən ibarət bu bölümdə velosipedçimiz finiş xəttini hamıdan tez keçib. O, bu məsafəni 3 saat, 9 dəqiqə, 20 saniyəyə qət edib.

 

Matey Müqerli yarışın 1-ci mərhələsində 2-ci, 2-ci mərhələsində isə 5-ci olmuşdu. Bu amil təmsilçimizə ümumi təsnifatda liderdən cəmi 3 saniyə geri qalmaqla yarışı 3-cü pillədə bitirməyə imkan verib.

 

Qeyd edək ki, “Synergy Baku” bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunub.