09:56 15-03-2016
news_image
585
TOP OYUNLARI

“Bu tempdə davam edəcəyik” – yığmamızın hücumçusu

“Dinamo” çox yaxşı oynadı və biz vəzifənin öhdəsindən gəlmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Yekaterina Jidkova deyib.

 

Azərbaycan millisinin də şərəfini qoruyan hücumçu komandasının CEV kubokunda mübarizəni dayandırmasından danışıb. O bildirib ki, yarımfinalda Krasnodar “Dinamo”suna uduzsalar da, mövsüm komandası üçün uğurlu alınıb: “Əsas çətinliyimiz ilk setdə oldu. İkinci hissə isə bizim üçün çox vacib idi. Çünki burada qalib gəlməklə, finala yüksəlmək şanslarımızı saxlamış olacaqdıq. Çox çalışsaq da, sonra istəyimizə çatmadıq. Buna baxmayaraq, komandamızı təbrik etmək istəyirəm. Qalib gəlib, finala yüksələ bilməsək də avrokubokda yaxşı mövsüm keçirdik. Heyətimizdə ulduz oyunçular olmadan layiqli mübarizə apardıq. Bu tempdə davam edəcəyik. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar olmadan belə möhtəşəm nəticələr əldə edə bilməzdik. Şəxsən mən hiss edirəm ki, dəstəksiz belə oynamazdım”.

 

Qeyd edək ki, “Azəryol” “Dinamo”ya hər iki matçda 0:3 hesabı ilə uduzub.