11:47 15-03-2016
news_image
478
TOP OYUNLARI

Polina Rəhimovadan çempionluq alqışı

Qadın voleybolçular arasında Yaponiya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Asiya birinciliyində “Toyota”nın heyətində oynayan Azərbaycan millisinin hücumçusu Polina Rəhimova mükafatçıları alqışlamaqla kifayətlənib.

 

Belə ki, çempionatın startında iddialı danışan milliləşdirilmiş voleybolçumuzun klubu yekunda cəmi 2 komandanı qabaqlamaqla, 6-cı olub.  

 

Yarışın qalibi adını “Hisamitsu” qazanıb. Onlar finalda “Hitaçi”ni məğlub ediblər – 3:1 (21:25, 25:23, 25:19, 25:17). 3-cü yer “Toray”a qismət olub.

 

Çempionatın ən dəyərli oyunçusu adına isə “Hisamitsu”nun şərəfini qoruyan Miyu Naqaoka layiq görülüb.

 

Qeyd edək ki, Yaponiyada 58 xal qazanmaqla dünya rekordu vuran Polinanı burada ölkə kuboku da gözləyir.