15:17 15-03-2016
news_image
1204
DİGƏR NÖVLƏR

Dünyanın seksual raketkası: Bu işlərlə həkimim məşğul olur - FOTO

Dünyanın üçüncü raketkası Aqneşka Radvanska istifadəsi qadağan olunan preparatları qəbul etməkdə o qədər də diqqətli deyil. Apasport.az saytının məlumatına görə, bunu ən dünyanın ən seksual idmançılarından biri olan idmançının özü açıqlayıb.

 

O bildirib ki, WADA-nın dopinq hesab olunan preparatlarla bağlı yenilənən siyahılarını izləmir. Aqneşkanın sözlərinə görə, qurum ona hər dəfə yeni siyahı göndərsə də, məktubların heç birini oxumur: “Bu məsələyə özüm diqqət ayırmıram. Həmin işlərlə həkim və agentim məşğul olur”.

 

Məşhur həmkarı, rusiyalı ulduz Mariya Şarapova istifadəsi qadağan olunan meldonidən yararlandığını etiraf edib. Lakin bunu siyahıların yenilənməsini izləməməsi ilə izah edib. Bu da idmançılarda adi haldı. Dünyanın 9-cu raketkası olan Petra Kvitova da oxşar açıqlama ilə çıxış edib: “Mən vitaminlərdən istifadə edirəm. Ancaq onları yoxlamıram. Çünki WADA-nın məktublarını oxumuram”.

 

Planetin 4-cü raketkası ispaniyalı Qabrinye Muqurusa idmançıların əcaib adlardan ibarət preparatlardan baş açmasının çətin olduğunu bildirib. Onun sözlərinə görə, bu işlərlə komandası məşğuldu.