10:55 16-03-2016
news_image
1626
STOLÜSTÜ OYUNLAR

Azərbaycan çempionatı sensasiya ilə başladı

Qadın və kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, martın 23-dək davam edəcək yarış İsveçrə sistemi ilə keçiriləcək və qalib 9 turun yekununa əsasən bilinəcək.

 

Belə ki, kişilərin çempionatına 33 zəka sahibi qoşulub. İlk tur sensasiya ilə yadda qalıb. Qədir Hüseynov gözlənilmədən ağ fiqurlarla Aqil Pirverdiyevə uduzub. Digər görüşlərdə demək olar ki, güclülər ilk xalını qazanıb.

 

Qadınların yarışında da favoritlər fərqlənib. Baş tutan 11 matçda isə cəmi bir heç-heçə qeydə alınıb.

 

Qeyd edək ki, kişi şahmatçıların çempionatında mükafat fondu 5 min, qadın zəka sahiblərinin yarışında isə 2 min 500 manatdı. Həmçinin, turnirin mükafatçıları fərqli yarışlarda iştirak hüququna yiyələnəcəklər. Kişilərin çempionatında qalib Vüqar Həşimov Memorialına vəsiqə əldə edəcəyi halda, qadınların mübarizəsində ilk 3 yerin sahibi şəxsi Avropa çempionatında oynamaq şansı qazanacaq.

 

I tur

Kişilər

Orxan Abdulov (2354) – Eltac Səfərli (2663) – 0,5:0,5

Qədir Hüseynov (2645) – Aqil Pirverdiyev (2340) – 0:1

Abdulla Qədimbəyli (2334) – Vasif Durarbəyli (2600) – 0:1

Nicat Abasov (2559) – Nail Bəşirli (2332) – 1:0

Andrey Mustafin (2325) – Ülvi Bacarani (2532) – 0:1

Azər Mirzoyev (2518) – Talıb Babayev (2311) – 1:0

Məhəmməd Muradlı (2310) – Vüqar Rəsulov (2498) – 0:1

Zaur Məmmədov (2456) – Toğrul Həsənzadə (2306) – 0,5:0,5

Niyazi Nağıyev (2281) – Asif Yaqubi (2422) – 1:0

Misrətdin Nağıyev (2413) – Kənan Heydərli (2257) – 1:0

Əhməd Əhmədzadə (2244) – Bəhruz Rzayev (2411) – 0:1

Pərviz Qasımov (2401) – Kənan Qarayev (2236) – 0:1

Elvin Bayramov (2230) – Loğman Quliyev (2382) – 1:0

Vüqar Əsədli (2378) – Rəşad Zeynallı (2222) – 1:0

Zaur Bayramov (2178) – Nicat Ağayev (2369) – 0,5:0,5

İsmayıl Şahəliyev (2362) – Aydın Süleymanlı (2032) – 1:0

Xəzər Babazadə (1826) ilk görüşdə istirahət edib

 

 

Qadınlar

Günay Məmmədzadə (2345) – Səbinə İbrahimova (2199) – 0,5:0,5

Nərmin Xələfova (2154) – Gülnar Məmmədova (2327) – 1:0

Aydan Höcətova (2323) – Türkan Həsənova (2096) – 1:0

Turan Əsgərova (1966) – Nərmin Kazımova (2317) – 0:1

Nərgiz Umudova (2296) – Nərmin Soyunlu (1948) – 1:0

Samirə Babayeva (1887) – Ülviyyə Fətəliyeva (2295) – 0:1

Türkan Məmmədyarova (2245) – Aysel Məmmədova (1871) – 1:0

Gövhər Beydullayeva (1870) – Nərmin Məmmədova (2245) – 0:1

Xəyalə Abdulla (2228) – Aynur Kətanova (1747) – 1:0

Ayan Allahverdiyeva (1745) – Zeynəb Məmmədyarova (2223) – 0:1

Xanım Balacayeva (2209) – Xəyalə Nağıyeva (1663) – 1:0