14:35 16-03-2016
news_image

Elmar Qasımov yenə zirvədə

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son yarışların nəticəsinə əsasən açıqlanan siyahını Azərbaycan yığmasının liderləri üçün uğurlu alınıb.

 

Belə ki, qitədə keçirilən bütün turnirlərə qatılaraq, medalları sıralayan cüdoçularımızdan Elmar Qasımov (100 kq) yenə birincidi. Onundan əlavə, ilk “10-luq”da daha 3 idmançımız yer alıb. Rüstəm Orucov (73 kq) öz çəkisində 2-ci olduğu halda, Orxan Səfərov (60 kq) 4-cü, Nicat Şıxəlizadə (66 kq) 6-cı pillədə qərarlaşıb.

 

Peter Zayzenbaherin digər yetirmələrindən İlqar Müşkiyev (60 kq) 14-cü, Tərlan Kərimov (66 kq) 40-cı, Məhəmmədəli Mehdiyev (90 kq) 33-cü, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (+100 kq) 30-cu və Aişə Qurbanlı (48 kq) 45-cidi.

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.