14:54 16-03-2016
news_image

Avropa çempionu qəzada həyatını itirdi - FOTO

Türkiyəli güləşçi Ömər Uzan dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, gənclər arasında Avropa çempionu və dünya birinciliyinin bürünc mükafatçısı avtomobil qəzasında vəfat edib.

 

Ölkəsinin ən yaxşılarından olan Uzan dünən gecə saatlarında şəxsi avtomobilində idarəetməni itirib. Bu səbəbdən də sərt döngədə onun avtomobili zolaqdan çıxıb. Nəqliyyat vasitəsinin aşması isə güləşçiyə həyatı bahasına başa gəlib. O, qəza vaxt aldığı xəsarətdən yerindəcə keçinib.

 

Qeyd edək ki, Ömər günün ikinci yarısında dəfn olunacaq.