09:19 17-03-2016
news_image
567
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov 5-ci oldu

İslandiyada şahmat üzrə keçirilən “Reykyavik Open” başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan millisinin qrossmeysteri Şəhriyar Məmmədyarov mükafatçılar sırasına düşə bilməyib.

 

Sonuncu – X turda bolqarıstanlı İvan Çeparinovla heç-heçə edən həmyerlimiz 7,5 xalla 5-ci yeri tutub.

 

Yarışın qalibi 8,5 xalla Abhijit Qupta (Hindistan) olub. 8 xala malik Dmitri Andreykin (Rusiya) 2-ci, ondan 0,5 xal az toplayan Çeparinov 3-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, turnirdə 31 ölkədən 150 şahmatçı iştirak edib.