20:20 17-03-2016
news_image
3245
TOP OYUNLARI

“Azəryol"dan asan qələbə, "Lokomotiv" tay-brekdə sevindi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında daha 2 görüş keçirilib. Apasport.az saytının məlumatına görə, günün mərkəzi matçında “Lokomotiv”lə “Azərreyl” üz-üzə gəlib.

 

Görüş olduqca gərgin məcrada keçib. İlk 3 oyundan ikisində qalib gələn “Azərreyl” bu dəfə rəqibinə boyun əyməli olub. "Dəmiryolçular" ilk setdə qalib gəlsələr də, sonrakı iki partiyanı məyus bitiriblər. Sonradan hesabı bərabərləşdirmək mümkün olsa da, tay-brekdə sevinən "Lokomotiv" olub.

 

“Azəryol” – “Tbilisi” qarşılaşmasında isə Ziya Rəcəbovun yetirmələri rahat qələbə qazanıb. "Yolçəkənlər" gürcülərə heç bir şans verməyiblər - 3:0.

 

 

 

 

17 mart

XVIII tur

“Lokomotiv” – “Azərreyl” - 3:2 (21:25, 25:21, 25:21, 20:25, 15:11)

“Azərreyl” İdman Bazası

 

I dövrə: “Azərreyl” - “Lokomotiv” - 0:3 (24:26, 16:25, 23:25)

II dövrə: “Lokomotiv” – “Azərreyl” - 0:3 (22:25, 13:25, 20:25)
III dövrə: “Azərreyl” – “Lokomotiv” - 3:0 (25:17; 25:21; 25:20)

 

XIV tur

“Azəryol” – “Tbilisi” - 3:0 (25:7; 25:12; 25:20)

“Azərreyl” İdman Bazası

 

I dövrə: “Azəryol” – “Tbilisi” - 3:0 (25:12, 25:21, 25:13)
II dövrə: “Tbilisi” – “Azəryol” - 0:3 (11:25; 18:25; 14:25)

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Azərreyl

19

14

5

12

1

1

2

2

1

48-18

1556-1241

43

2

Telekom

19

14

5

8

4

2

1

1

3

45-23

1578-1319

41

3

Lokomotiv

19

13

6

9

1

3

2

1

3

44-25

1562-1355

38

4

Azəryol

17

9

8

6

1

2

4

3

1

38-29

1505-1389

29

5

Gənclik

18

4

14

2

1

1

0

0

14

12-45

989-1336

11

6

Tbilisi

16

0

16

0

0

0

0

1

15

1-48

673-1223

0