12:45 17-03-2016
news_image
551
TOP OYUNLARI

Millimiz Fransa ilə oyun üçün heyətini açıqladı

Avropa çempionatına yollanacaq 19 yaşadək voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Vüqar Əliyev yığmaya 14 oyunçu daxil edib.

 

O, Latviyada keçiriləcək qrup mərhələsində Nilufər Ağazadə, İlhamə Əliyeva, Anastasiya Bayduk, Nikalona Başnakova, Anastasiya Bessonova, Nərmin Fərəcova, Lyubov Qaluşko, Gülçöhrə Hüseynova, Nurhan Kazımova, Leysan Lyovkina, Nərminə Musayeva, Leyla Parşkova, Nelli Salbişvili və Valeriya Zaqorskayaya şans verməyi planlaşdırır.

 

Qeyd edək ki, Avropa birinciliyinin II mərhələsindən mübarizəyə başlayacaq komandamız Fransa, Sloveniya və Latviya ilə birgə F qrupunda yer alıb. Görüşlər aprelin 1-3-də olacaq. Səfərə yollanacaq heyət isə Azərbaycan Super Liqasında “Gənclik” adı altında oynayır.