16:43 17-03-2016
news_image

Dopinq qalmaqalı: Pekin-2008 və London-2012-də götürülən analizlər yenidən yoxlanılacaq

Beynəlxalq Olimpiya Komitəsi (BOK) WADA-nın yeni ideyasını dəstəklədiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunlarında götürülən testlər bu ilin yayında yenidən yoxlanılacaq.

 

Bu proses Rio Olimpiadası öncəsi gerçəkləşdiriləcək. Belə addım dopinqdən istifadə etməyən idmançıların müdafiəsi üçün hesablanıb.

 

BOK-un xahişi ilə WADA daha bir layihə gerçəkləşdirəcək. Bu yenilik çərçivəsində idmançıların testdən keçirilməsinin necə aparılması öyrəniləcək və bu sahədəki müxtəlif problemlərin həlli yolları axtarılacaq.