10:24 18-03-2016
news_image
322
TOP OYUNLARI

Yığmamızla oyuna qalib kimi çıxacaq

Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında “Nooruz-2016” beynəlxalq turnirində I turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin ardınca rəqiblərimiz Qırğızıstan klubları - “Politexnik”lə “Bars” da üz-üzə gəlib.

 

Görüş birincilərin asan qələbəsi ilə başa çatıb. “Politexnik” rəqibini 89:48 (29:10; 24:16; 24:8; 11:14) hesabı ilə məğlub edib.

 

Bu gün keçiriləcək ikinci turda Azərbaycan millisi “Politexnik”lə, “Kaspi” (Qazaxıstan) “Bars”la üz-üzə gələcək.

 

Qeyd edək ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığmamız ilk oyunda “Kaspi”yə 51:100 hesabı ilə uduzub.